Vaxt.Az

Fransada nüvə həyəcanı


 

Meduzalar dörd reaktorun bağlanmasıba səbəb oldu

Fransada nüvə həyəcanı Fransada yerləşən bir nüvə elektrik stansiyasında enerji istehsalı meduzalar səbəbindən dayanıb. Stansiyadakı dörd reaktor təcili olaraq bağlanıb.

Məlumata görə, meduza sürüsü müəssisədəki dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb. Mümkün nüvə fəlakətinin qarşısını almaq üçün reaktorlar avtomatik olaraq söndürülüb.

Digər iki reaktoru texniki baxışda olan nüvə stansiyasında enerji istehsalı meduzalara görə tamamilə dayanıb. Fransalı mütəxəssislər filtr sistemlərini tıxayan dəniz heyvanlarını təmizləməyə çalışır.

Son illərdə bölgədə meduza populyasiyasında artım müşahidə olunur. Alimlər bunun qlobal istiləşmənin təsiri ilə sürətləndiyini bildirirlər.

 





12.08.2025    çap et  çap et