Bayru daha əvvəl irəli sürdüyü “Pasxa bazar ertəsi” və “8 may Qələbə günü” tətilinin ləğvi ideyasını yenidən gündəmə gətirib. Lakin ictimai reaksiyaları nəzərə alaraq, daha uyğun günlərin seçilə biləcəyini də vurğulayıb. O, bu təklifi Fransanın istehsal boşluğunu doldurmaq üçün qəbul edilə bilən bir fədakarlıq kimi qiymətləndirib.
Bayru Fransada adambaşına düşən illik istehsalın qonşu ölkələrə nisbətən 10-15% daha aşağı olduğunu bildirib. OECD-nin (Organisation for Economic Co-operation and Development – Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı) 2024 hesabatına istinad edən baş nazir, ölkədə adambaşına illik iş saatının 666, Almaniyada isə 724 olduğunu qeyd edib. Həmin hesabatda fransız işçilərin illik orta hesabla 1.494 saat işlədiyi, bunun Almaniya (1.340 saat) və Niderland (1.450 saat) göstəricilərindən yüksək olduğu, Yunanıstanda isə 1.882 saatla Avropa liderliyi olduğu vurğulanır.
“Bir və ya iki gün artıq işləsək, ölkə daha çox istehsal edər” deyən Bayru, gənclər arasında işsizlik səviyyəsinin 19% olduğunu və bunun “skandal” bir rəqəm olduğunu bildirib. O, işçi çatışmazlığı səbəbindən bağlanan müəssisələrə də diqqət çəkib.
Bayrunun təklifi ictimaiyyətdə böyük rezonans doğurub. Qarşıdakı günlərdə həmkarlar ittifaqları və müxalifət partiyalarının kəskin etirazları gözlənilir.