“Gıda” şirkətinin 2024-cü ildə iflas etdiyini bildirən Şui Jou, apreldən bəri “Pretend To Work Company” adlı şirkətin ofisinə gedir. 30 yaşlı Çinli həmin firmaya gündəlik 30 yuan (7 manat) ödədiyini və “Çox xoşbəxtəm, sanki bir qrup olaraq birlikdə işləyirmişik”, – deyib.
Bu tip ofislər Şenzen, Şanxay, Nanjing, Vuhan, Çengdu və Kunminq kimi böyük şəhərlərə də yayılıb. Tam təchiz olunmuş ofis mühiti yaradan bu şirkətlərdə iclas otaqları və sosiallaşmaq üçün çay içmə sahələri mövcuddur.
Yeni Zelandiyadakı “Wellington Victoria Universiteti”dən Kristian Yao “işləyirmiş kimi etmək” modasının iqtisadi səbəblərini izah edərək bildirdi ki, iqtisadi transformasiya və təhsil ilə iş bazarı arasındakı uyğunsuzluq artdıqca gənclər gələcək addımlarını düşünmək və ya müvəqqəti kiçik işlər tapmaq üçün bu cür yerlərə yönəlirlər. Bu ofislər həmin müvəqqəti həllərdən biridir.
Jou ailəsinə ofisdən şəkillər göndərərək onların təzyiqindən azad olduğunu deyir. Ofisə gələnlərin çoxu kompüterlərdə iş axtarır, boş vaxtlarda isə birgə yemək yeyirlər.
Almaniyadakı “Max Planck Sosial Antropologiya İnstitutu”nun rəhbəri Biao Şiang isə “işləyirmiş kimi etmək” trendinin gənclərin ictimai təzyiqdən uzaqlaşaraq özlərinə bir qədər də olsa azadlıq yaratmasına imkan verdiyini bildirir.