Vaxt.Az

Gəlirə görə cəza


 

İsveçrədə sürət həddini aşan multimilyoner 500 dəfə çox – 95 min avro cərimələndi

Gəlirə görə cəza İsveçrənin Lozan şəhərində sürət həddini 27 km/s aşan Fransız multimilyoner, ölkənin gəlirə əsaslanan cəza sistemi səbəbindən təxminən 95 min avro məbləğində cərimə ödəməli olub. İsveçrədə sürət həddini aşanlara tətbiq olunan sistem sadədir – gəliri az olanlar az, yüksək olanlar isə daha çox cərimə ödəyir.

Hadisə 2024-cü ilin avqustunda baş verib. 50 km/s sürət limiti olan ərazidə 77 km/s sürətlə radara düşən sürücü 27 km/s sürət aşımı üçün 90 min İsveçrə frankı (təxminən 95 min avro) cərimələnib.

Bu yüksək məbləğin əsas səbəbi isə sürücünün ilk dəfə deyil, təkrar qayda pozmasıdır. O, səkkiz il əvvəl də eyni sürət pozuntusuna görə 60 min frank (təxminən 63 666 avro) şərti cərimə və 10 min frank (təxminən 10 611 avro) dərhal ödənilən cərimə alıb. İsveçrə sərt yol hərəkəti qaydaları ilə tanınır.

Almaniyada isə eyni sürət aşımı üçün cəza təxminən 210 avro təşkil edir ki, bu da İsveçrədə multimilyonerlə müqayisədə 500 dəfə azdır.

Milyonerin 80 min franklıq (təxminən 84 min avro) cəriməsi üç illik yoxlama müddəti ilə şərti olaraq təxirə salınıb. Əgər bu müddət ərzində yenidən sürət həddini aşarsa, həmin məbləği ödəməli olacaq. Ancaq 10 min franklıq əlavə cəriməni dərhal ödəyəcək. Normal gəlirli İsveçrə vətəndaşları üçün cərimələr daha aşağı səviyyədədir.

“ADAC” isə xaricdə avtomobil idarə edən sürücüləri yüksək cərimələrlə bağlı xəbərdar edir.

 





12.08.2025    çap et  çap et