Vaxt.Az

“Ukrayna olmadan anlaşma mümkün deyil”


 

Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir

“Ukrayna olmadan anlaşma mümkün deyil” Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putinin avqustun 15-də keçirəcəyi görüşə münasibət bildirib. Zelenski vurğulayıb ki, Ukrayna olmadan Ukrayna barədə danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək.

Kiyevdə keçirilən “Gənclər burada” adlı forumda çıxış edən Zelenski, görüşün Alyaskada və Rusiyaya qarşı müharibənin sona çatdırılması mövzusunda keçiriləcəyini xatırladıb. O, müharibənin Ukrayna ərazisində baş verdiyini qeyd edərək, ölkəsi iştirak etmədən hər hansı sülh razılaşmasının mümkün olmadığını deyib: “Amerika Birləşmiş Ştatları Prezidenti və Putin arasında görüş ikitərəfli münasibətlər baxımından önəmli ola bilər, amma biz olmadan Ukrayna barədə heç bir qərar qəbul edilə bilməz”.

Ukrayna Prezidenti müharibənin bitməsi üçün danışıqların liderlər səviyyəsində aparılmasının vacibliyini qeyd edib və Tramp və Putinlə bir araya gəlmək istədiyini bildirib.

 

Sərhəd keçidlərinə yaş məhdudiyyəti

 

Zelenski, müharibə dövründə Ukrayna vətəndaşlarının sərhəd keçidlərinə dair yeni qərar qəbul edildiyini açıqlayıb. Hazırda mövcud 18 yaş məhdudiyyətinin 22-yə qaldırılmasını təklif etdiyini, bununla sərhəd keçidlərində heç bir məhdudiyyətin qalmayacağını vurğulayıb.

 





13.08.2025    çap et  çap et