Vaxt.Az

Alyaska zirvəsi ərəfəsində son müzakirələr


 

Tramp Zelenski və Avropa liderləri ilə onlayn görüş keçirəcək

Alyaska zirvəsi ərəfəsində son müzakirələr ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna Prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə onlayn formatda görüş keçirəcək. Görüşün, Rusiyanın dövlət başçısı Vladimir Putinlə avqustun 15-də Alyaskanın Ankoric şəhərində baş tutacaq zirvə öncəsi son vəziyyətin müzakirəsi məqsədi daşıdığı bildirilib.

Ağ Ev rəsmisinin verdiyi məlumata görə, Tramp, onlayn toplantıda qarşıdakı görüşün gündəliyini və mümkün nəticələri liderlərlə paylaşacaq.

Tramp mətbuat konfransında iki gün sonra keçiriləcək görüşdən atəşkəs qərarının çıxacağına ümid etdiyini bildirib: “Putinlə görüşümün yaxşı keçəcəyini düşünürəm, amma pis də ola bilər. Ona açıq şəkildə deyəcəyəm: Bu müharibəni bitirməlisən”.

Tramp və Putin arasında planlaşdırılan görüşün “çox konstruktiv” ola biləcəyi qeyd edilsə də, nəticələrin əvvəlcədən proqnozlaşdırılmadığı vurğulanıb.

 





13.08.2025    çap et  çap et