Vaxt.Az

Neft qiymətləri sakit hərəkət edir


 

API məlumatları yay mövsümündə tələbin zirvəni keçdiyini göstərir

Neft qiymətləri sakit hərəkət edir ABŞ-da ötən həftə xam neft ehtiyatlarının artdığını göstərən Amerika Neft İnstitutu (API) hesabatının açıqlanmasından sonra neft qiymətləri bu gün sabit qaldı.

“Brent” markalı xam neft fyuçersləri əvvəlki sessiyada 0,8% ucuzlaşdıqdan sonra bir barel üçün 66,15 dollara yüksəlib. ABŞ-ın “WTI” markalı xam nefti isə 1,2% dəyər itirdikdən sonra 63,14 dollara geriləyib.

API məlumatlarına görə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da ötən həftə xam neft ehtiyatları 1,52 milyon barel artıb. Benzin ehtiyatlarında azalma müşahidə olunub, distilat ehtiyatlarında isə cüzi artım qeydə alınıb.

Ekspertlər, günün ikinci yarısında açıqlanacaq ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) rəsmi statistikalarının da azalma göstərə biləcəyini, bunun isə yay mövsümündə tələbin pik həddini keçməsi və emal müəssisələrinin istehsalı azaltmağa başlaması ilə bağlı ola biləcəyini bildirirlər.

Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 0.93 dollar və ya 1.27 faiz bahalaşaraq 74,00 ABŞ dolları səviyyəsində qərarlaşıb.

 





13.08.2025    çap et  çap et