Tramp dünən sosial şəbəkədəki paylaşımında “Goldman Sachs” rəhbərliyinin həm bazar təsirləri, həm də gömrük rüsumları ilə bağlı uzun müddət əvvəl səhv proqnoz verdiyini, digər bir çox məsələlərdə olduğu kimi yanıldıqlarını” qeyd edib.
O, Solomona ironiya ilə “DJ”lik məsləhət görərək, “Məncə, Devid ya özünə yeni bir iqtisadçı tapmalıdır, ya da sadəcə “DJ”liklə məşğul olub böyük bir maliyyə qurumunu idarə etmək yükünə girməməlidir”, – deyib.