Vaxt.Az

Türk düşməninə cinayət işi


 

Hollandiyada müsəlman qurumlar Vilders haqqında prokurorluğa şikayət edib

Türk düşməninə cinayət işi Ölkənin müxtəlif şəhərlərindən olan 14 müsəlman vətəndaş cəmiyyəti qurumu, sağçı Azadlıq Partiyası (PVV) lideri Qirt Vilders barəsində “xalqı nifrət və düşmənliyə təhrik, qrup təhqiri və nifrət cinayəti” iddiaları ilə birgə prokurorluğa müraciəti verdi.

Hollandiyada ifrat sağçı, ekstremist siyasətçi Qırt Vildirsin paylaşdığı bir görüntü 2.500-dən çox şikayətə yol açaraq böyük müzakirələr yaratdı. Bir neçə müsəlman təşkilat, sözügedən paylaşım səbəbindən Vildirs barəsində cinayət müraciəti verdi. Quruluş, qısa müddətdə bu qədər intensiv müraciətin nadir olduğunu qeyd etdi. Foto “Nasist” propaqandasına bənzədildi.

Ölkənin müxtəlif şəhərlərindən olan 14 müsəlman vətəndaş cəmiyyəti qurumu, sağçı Azadlıq Partiyası (PVV) lideri Qirt Vildirs barəsində “xalqı nifrət və düşmənliyə təhrik, qrup təhqiri və nifrət cinayəti” iddiaları ilə birgə cinayət müraciəti verdi. Vildirsin “X” platformasında yaydığı görüntü ilə xüsusilə müsəlman qadınları hədəflədiyini və “Nasist dövrünü xatırladan vizual dil” istifadə etdiyini iddia edir. “NRC Handelsblad” qəzeti yazır ki, cinayət müraciəti, ayrı-seçkiliklə mübarizə xəttinə daxil olan çoxsaylı şikayətlərdən sonra verilib.

Cinayət müraciəti, “Muslim Rights Watch”, “Federatie Islamitische Organisaties”, “Meldpunt Islamofobie”, “Jonge Moslims” və qadın kollektivindən olan S.P.E.A.K. da daxil olmaqla bir çox təşkilat adından verildi. Məsul şəxslər, müraciətin yalnız fərdi deyil, institusional reaksiyanın göstəricisi olduğunu bildirdi.

 

Görüntüdəki mesaj müzakirə yaratdı

 

Cinayət müraciətini edən vəkillər Adəm Çatbaş və Harun Rza yazılı açıqlamalarında, sözügedən paylaşımın “müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyin yayılmasına açıq şəkildə töhfə verdiyini” vurğuladılar. Açıqlamada, “Bu hal demokratik hüquq dövlətində qəbul edilə bilməz” ifadəsi yer aldı. Dərnəklərin vəkili Adəm Çatbaşın açıqlamasına görə, Vildirsin avqust ayının əvvəlində paylaşdığı görüntüdə yan-yana iki qadın portreti yer alır. Solda gülən sarışın qadın var və üzərində “PVV” yazılıb; sağda isə ciddi baxışlı, başörtülü qadın və üzərində “PvdA” (Hollanda Sosial Demokrat Partiyası) yazısı yerləşir. Altında isə “Seçim sizin” ifadəsi var.

Bu görüntünün payızda keçiriləcək parlament seçkiləri öncəsi “xalqı təhrik, qruplara təhqir və nifrət, ayrı-seçkilik və ya zorakılığa çağırış” cinayətlərini törətdiyi iddia olunur. Paylaşımdan sonra Discriminatie.nl xəttinə daxil olan şikayətlərdə görüntü “zövqsüz”, “nifrət dolu” və “irqçi” kimi qiymətləndirildi.

***

Müsəlman təşkilatların vəkilləri bildirir ki, görüntü Nasist propagandasındakı mövzuları xatırladır, burada “etibarlı, sarışın” fiqurlar yüksəldilir, “xarici” kimi görünən qruplar isə aşağılanır. Məqsədin “biz və onlar” ayrımını gücləndirmək və düşmən təəssüratı yaratmaq olduğu vurğulanır.

***

Prokurorluq, daxil olan cinayət müraciətlərini araşdırmağa başladı, Vildirs isə sözügedən paylaşımın “ifadə azadlığı” çərçivəsində qiymətləndirilməli olduğunu müdafiə etdi. Lakin müsəlman təşkilatlar, əvvəlki oxşar ifadələrinə görə məhkum olunmuş siyasətçinin bu tip paylaşımlarının cəmiyyətdə qütbləşməni artırdığı qənaətindədirlər.

 

Hollandiya siyasəti seçki havasında

 

Vildirs uzun müddətdir İslam əleyhinə ritorikası ilə tanınır. Qaçqınların girişinin qadağan olunması və sərhəd nəzarətlərinin sərtləşdirilməsi kimi tələbləri ilə önə çıxan PVV lideri, noyabr 2023-də keçirilən ümumi seçkiləri qazanmış, lakin koalisiya qurmaqda çətinliklə üzləşmişdi.

İyun ayında baş verən sığınacaq siyasəti böhranı dönəm hökumətini devirmiş və payız üçün erkən seçki qərarı verilmişdi. Lakin liberal sağçı VVD partiyası Vildirs ilə mümkün koalisiyanı rədd etdi. VVD, keçmiş Ədliyyə naziri Dilan Yaşılgöz ilə; sosial demokratlar və Yaşıllar isə keçmiş AB İqlim Komissarı Frans Timmermans ilə seçkiyə qatılır. Sorğularda üç liderin səs payı bir-birinə yaxın görünür.

 





13.08.2025    çap et  çap et