Vaxt.Az

Almaniyadakı cinayətlərdə dəyişiklik


 

2025-ci ilin ilk yarısında cinayət statistikasında diqqət çəkən məqam

Almaniyadakı cinayətlərdə dəyişiklik Almaniyada 2025-ci ilin ilk yarısında zorakılıq, silah və əmlaka zərər vermə cinayətlərində artım qeydə alındı. Oğurluq və narkotik hallarında isə azalma müşahidə edildi.

Federal Daxili İşlər Nazirliyinin AfD-nin verdiyi sorğuya cavabına görə, 2025-ci ilin yanvar-iyun ayları arasında 14.047 zorakılıq hadisəsi qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 13.543 idi. Məlumatlar Federal Polis İdarəsinin “Polizeiliche Eingangsstatistik” (PES) qeydiyyatlarından götürülüb.

Silah cinayətlərində (Waffendelikte) sayı 589-dan 808-ə, əmlaka zərər vermə hadisələri isə 16.786-dan 17.595-ə yüksəlib. Lakin 2025-ci ilin ümumi nəticələri ilin sonu tamamlanmadan dəqiq müəyyənləşməyəcək. Bəzi cinayət kateqoriyalarında isə azalma qeydə alınıb: oğurluq hadisələri 29.468-dən 26.613-ə, narkotik cinayətləri isə 5.839-dan 4.475-ə enib.

 

Cinsi cinayətlərdə cüzi azalma

 

Cinsi hücum və təcavüz kimi cinayətlərdə də yüngül azalma oldu. 2024-cü ilin ilk yarısında 1.125 olan hadisə sayı, bu ilin eyni dövründə 1.076-ya düşüb.

***

Bu il müəyyən edilən şübhəlilərin böyük əksəriyyəti zorakılıq (5.711), əmlaka zərər vermə (1.493), narkotik (1.493) və silah cinayətlərində (480) alman vətəndaşlarıdır. “Alman” kateqoriyasına həm doğuşdan vətəndaş olanlar, həm də sonradan vətəndaşlıq qazananlar daxildir. Oğurluq (7.565) və cinsi cinayətlərdə (349) isə əsasən alman vətəndaşı olmayan şübhəlilər aşkarlanıb.

***

Statistikaya görə, bu ilin ilk yarısında qatarlarda 68 bıçaqlı hücum baş verib. 2024-cü ilin eyni dövründə bu rəqəm 65 idi. Stansiyalardakı bıçaqlı hücumlar isə 251-dən 244-ə düşüb.

 





13.08.2025    çap et  çap et