Ağdamlılar oyundan oyuna formaya düşür. Komandanın ön xəttinin oyunu da düzəlir. Amma yaxşı bir hücumçuya ehtiyac var.
Legioner hücumçusu olmayan komanda – 4 oyuna 10 qol vurub. 4 oyunun 4-də də qələbə qazanıb. 4 oyuna cəmi 1 qol buraxıb.
“Pley-off”dakı rəqib “Ferensvaroş”la oyun bugünkü qədər rahat olmayacaq.
İstənilən halda “Qarabağ” hər cür xoş sözə və təbrikə layiqdir.
Artıq minimum hədəf – Avroliqanın Liqa təmin olundu.
Maksimum hədəf – Çempionlar Liqasının qrup mərhələsi isə mümkünsüz deyil!
Əsas eyforiyaya düşməməkdir.