Vaxt.Az

“Chrome” üçün fantastik təklif


 

“Perplexity” layihəyə milyardlarla dollar investisiya qoyacağını vəd edir

“Chrome” üçün fantastik təklif Süni intellekt şirkəti “Perplexity” açıqlamasında bildirib ki, “Google”dan “Chrome”u 34,5 milyard dollar nağd pul qarşılığında almaq təklifini verib və bunu təsdiqləyib. Təklifin şərtlərinə “Chrome”un əsas mühərriki “Chromium”u açıq mənbə saxlamaq və investisiyaları davam etdirmək öhdəliyi daxildir. “Perplexity”nin təklifi, açıq mənbə layihəyə 3 milyard dollar investisiya qoyma sözünü də əhatə edir.

Bu təklif, “Google”ın ABŞ Ədliyyə Nazirliyi tərəfindən açılan antiinhisar işi çərçivəsində, “Chrome”un satılması təklifinin gündəmə gəldiyi kritik dövrə təsadüf edir.

“Perplexity” həmçinin “Chrome” istifadəçilərinin standart parametrlərini, o cümlədən hazırkı axtarış mühərrikini dəyişdirməyəcəyinə söz verir. Yəni, şirkət öz süni intellekt dəstəklənmiş variantını varsayılan axtarış mühərriki etmək əvəzinə “Google”ı axtarış mühərriki olaraq saxlayacağını vəd edir.

Rəqib axtarış mühərriki “DuckDuckGo”nun CEO-su apreldə bildirmişdi ki, “Chrome” 50 milyard dollar dəyərində ola bilər. Əgər “Perplexity”nin təklifi uğurlu olarsa, bu, bir fürsət kimi qiymətləndirilə bilər.

Buna baxmayaraq, “Chrome” üçün verilmiş təklif, “Perplexity”nin investorlarından topladığı məbləğdən və şirkətin indiki qiymətləndirməsindən çox daha yüksəkdir. “PitchBook”un proqnozlarına görə, “Perplexity” bu günə qədər təxminən 1,5 milyard dollar toplayıb; “Bloomberg”in xəbərinə görə, keçən ay toplanan və dəyəri 18 milyard dollara çatan 100 milyon dollar uzatma turu da buna daxildir. Üç il əvvəl qurulmuş və “Nvidia” ilə “SoftBank” kimi investorlar tərəfindən təxminən 1,5 milyard dollar fon toplanmış “Perplexity”, süni intellekt sahəsində uğur hekayəsi yazır.

 





13.08.2025    çap et  çap et