Vaxt.Az

Rusiya və ABŞ zirvə hazırlığı aparır


 

Lavrov və Rubio telefonla danışıb

Rusiya və ABŞ zirvə hazırlığı aparır Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ-lı həmkarı Marko Rubio ilə Rusiyanın Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trump arasında keçiriləcək zirvə görüşünün hazırlıqları ilə bağlı telefon danışığı aparıb.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Sergey Lavrov və ABŞ-lı həmkarı Marko Rubio telefonla danışıq həyata keçirib.

Danışıq zamanı, Putin ilə Trump arasında avqustun 15-də ABŞ-ın Alyaska ştatında baş tutacaq görüşün hazırlığı ilə bağlı bəzi məsələlər müzakirə edilib.

Hər iki tərəf zirvənin uğurla keçirilməsi mövzusunda qətiyyətli olduqlarını vurğulayıb.

 





13.08.2025    çap et  çap et