Entoni bu vəzifəyə təyin edilməzdən əvvəl, avqustun 4-də “Fox News Digital”a verdiyi müsahibədə bildirmişdi ki, aylıq hesabatlar etibarlı deyil, tez-tez şişirdilir və bu səbəbdən yanıldıcı olur. Nəticədə müəssisələr düzgün plan qura bilmir və FED pul siyasətini həyata keçirə bilmir: “Düzəldilənə qədər BLS aylıq məşğulluq məlumatlarının açıqlanmasını dayandırmalıdır, lakin daha az tez olsa da, daha düzgün olan üç aylıq məlumatları açıqlamağa davam etməlidir. “Wall Street”dən Vaşinqtona qədər əsas qərarvericilər bu rəqəmlərə güvənir və məlumatlara olan etibarın sarsılması çox ciddi nəticələrə səbəb ola bilər”.
BLS-nin aylıq məşğulluq hesabatını açıqlamağa davam edib-etməyəcəyi soruşulduqda, Ağ Ev Mətbuat Katibi Karoline Livitt bildirib: “Plan bu istiqamətdədir və ümidimiz də budur. Buaykı məlumatlar, ABŞ vətəndaşlarının etibar edə biləcəyi məlumatlar olacaq”.
“Bloomberg MLIV”dən Brendan Faqan mövzu ilə bağlı şərhində, “Bu inkişaflar, uzun müddətdir ABŞ-dakı qurumların etibarlılığının azalması ilə bağlı bazarlarda narahatlıqları yenidən alovlandırdı. BLS-yə, FED-in müstəqilliyinə və ABŞ məlumatlarının statistik bütövlüyünə duyulan etibar, uzun müddətdir dolların gücünün əsasını təşkil edirdi. Bu etibar sarsıldıqca, dolların müqaviməti də zəifləyəcək kimi görünür”, – deyib.