ABŞ donanması isə əməliyyatın beynəlxalq hüquqa uyğun həyata keçirildiyini bildirib.
Son 6 ildə bu hövzədə həyata keçirilən ilk ABŞ hərbi əməliyyatı, Filippin tərəfinin Çin gəmilərini hövzə ətrafında həyata keçirilən təchizat missiyası zamanı “təhlükəli manevrlər” və “qanunsuz müdaxilə” ilə ittiham etməsindən bir gün sonra baş tutub.
“İcazə olmadan daxil oldu”
Çin Ordusunun Cənub Cəbhəsi Komandanlığı bildirib ki, “USS Higgins” Pekin hökumətinin icazəsi olmadan sulara daxil olub.
“ABŞ-ın bu addımı Çin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozdu, Cənubi Çin dənizindəki sülh və sabitliyi zədələdi”, – deyə komandanlığn bəyanatında qeyd edib və hər zaman yüksək döyüş hazırlığında olacaqlarını vurğulanıb.
Çin, Bruney, İndoneziya, Malayziya, Filippin, Tayvan və Vyetnama baxmayaraq, Cənubi Çin dənizinin tamamilə öz ərazisi olduğunu iddia edir.
ABŞ isə bölgədə mütəmadi olaraq “naviqasiya azadlığı” əməliyyatları keçirərək, Çin və digər iddiaçı tərəflərin tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxır.
Skarboro hövzəsi illik 3 trilyon dollardan artıq dəniz ticarətinin həyata keçirildiyi strateji Cənubi Çin dənizində əsas gərginlik mənbələrindən biridir.
İki Çin gəmisi toqquşmuşdu
Manila hökuməti bu həftə hövzədə Çin gəmilərinin hərəkətlərinin iki gəminin toqquşmasına səbəb olduğunu və bunun bölgədə məlum olan ilk qəza olduğunu bildirib. Çin sahil mühafizəsi isə Filippin gəmilərini sulardan çıxarmaq üçün “zəruri tədbirlər” gördüyünü açıqlayıb.