Səs gətirən bu araşdırma, bu həftə dərc olunmuş diqqətçəkən başqa bir tədqiqatın ardınca gəlib. Professor Karin Modig “The Conversation” platformasında dərc etdiyi məqalədə, 100 yaşını keçmiş insanların ciddi xəstəliklərdən qorunmaqda yüksək müqavimət göstərdiyini irəli sürüb.
İsveçdə aparılan iki genişmiqyaslı tədqiqat da bu fikri dəstəkləyir. İlk araşdırmada 1912–1922-ci illərdə doğulmuş 170 mindən çox insan qocalıq dövrlərindən ölümünə qədər izlənib.
Nəticələrə görə, 100 yaşına çatanların yalnız 4%-i 85 yaşına qədər insult keçirib. 90–99 yaş aralığında vəfat edənlərdə isə bu göstərici təxminən 10% olub.
Daha geniş ikinci tədqiqatda isə məlum olub ki, 80 yaşında olan sentenarianların (100 yaş üzəri şəxslərin) yalnız 8%-i ürək-damar xəstəliklərinə sahibdir. 85 yaşında vəfat edənlərdə isə bu göstərici 15%-dən yuxarıdır.
BMT-nin məlumatına görə, hazırda dünyada təxminən 600 min sentenarian yaşayır. Onların 120 mini Yaponiyada məskunlaşıb. Digər diqqətçəkən yerlər arasında Puerto Riko, Martinika, Men adası, Gernsi və Fransa var.
Mütəxəssislər, 100 yaşını görən insanların sayındakı artımı daha yaxşı həyat şəraiti və siqaret istifadəsinin azalması kimi amillərlə əlaqələndirirlər.