Proqnoza görə, FED sentyabr iclasında ehtimal ki, 25 baza bəndi həcmində faiz endirimi həyata keçirəcək, daha sonra isə dekabr və gələn ilin mart aylarında iki dəfə daha faiz azaldılması gözlənilir.
“Nomura” əvvəllər ilin sonunadək FED-in monetar siyasəti yumşaldacağına inanmayanlar arasında idi.
ABŞ-da dünən açıqlanan məlumata əsasən, iyul ayında baza inflyasiya proqnozlara uyğun olaraq 0,3% təşkil edib. Tariflərlə əlaqəli kateqoriyalarda qiymətlərdə məhdud artım müşahidə olunub və əlavə vergilərin inflyasiyaya ciddi təzyiq göstərməyəcəyi gözlənilir.
Digər tərəfdən, əmək bazarında yavaşlama əlamətləri görünür. Son üç ay üzrə aparılan düzəlişlər pandemiyadan bəri aylıq iş yeri artımının ən aşağı səviyyədə olduğunu göstərib.
İnflyasiya göstəricisindən sonra bəzi investorlar FED-in gələn ay 50 baza bəndi faiz endirə biləcəyini düşünməyə başlayıb. ABŞ Maliyyə naziri Skott Bessent də “Fox” telekanalına verdiyi müsahibədə Fed-in bu həcmdə endirimi nəzərdən keçirməli olduğunu bildirib.