Vaxt.Az

49 PUA və 2 “İskəndər M” raketi


 

Rusiyanın Ukraynaya yönəlmiş raket və PUA hücumlarında ən azı 6 ölü

49 PUA və 2 “İskəndər M” raketi Moskva, Vladimir Putinin barış danışıqları üçün Alyaskada Donald Trump ilə görüşməsinə bir neçə gün qalmış, Ukraynanın bir çox şəhərinə hücumlar təşkil etdi.

ABŞ Prezidenti Donald Trampın rus həmkarı Vladimir Putin ilə barış görüşləri üçün Alyaskada bir araya gəlməsindən günlər əvvəl, Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarının çərşənbə gecəsi boyunca Ukraynanın müxtəlif bölgələrində ən azı altı nəfərin ölümünə və 15 nəfərin yaralanmasına səbəb olduğu bildirildi.

Moskva gecə boyunca ən azı 49 ədəd “Shahed” tipli hücum PUA-sının yanında iki ədəd “Iskəndər-M” və ya KN-23 ballistik raketi buraxıb. Hava müdafiə sistemləri bunlardan ən azı 32-ni məhv etməyi və ya təsirsiz hala gətirməyi bacarıb.

Xerson bölgəsinin qubernatoru Aleksandr Prokudin, dörd nəfərin öldüyünü, yaşayış sahələrini hədəf alan bir sıra PUA hücumlarında isə bir ölü və dörd yaralının olduğunu açıqlayıb.

Prokudin əlavə edib ki, ayrı-ayrı hücumlarda Çernobaivka kəndində bir, Berislav şəhərində isə bir avtomobildə olan iki mülki şəxs həlak olub.

“Hücumda bir ev tamamilə dağıldı. Xilasetmə komandaları dağıntılar altında 61 yaşlı bir qadının cəsədini çıxardılar”, – deyə Prokudin bildirib.

Hücumların yaşayış sahələrini və infrastrukturu hədəf aldığını qeyd edən Prokudin, bir yüksək bina, beş ev, bir baza stansiyası və bir neçə nəqliyyat vasitəsinin məhv olduğunu açıqlayıb.

Donetsk bölgəsinin qubernatoru Vadym Filashkin, Kostiantynivkadakı hücumlarda iki nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirib.

Zaporijya bölgəsindəki Vasylivka şəhərinə təşkil olunan hücumlarda isə bir nəfər yaralanıb. Moskva gün ərzində 10 yaşayış sahəsinə ümumilikdə 529 hücum təşkil edib.

ABŞ-ın atəşkəs sazişi əldə etmək səylərinə baxmayaraq, Rusiya Ukraynanı vurmağa davam edir. Trump, Moskvanın 2022-ci ilin fevralında qonşusunu genişmiqyaslı işğalından sonra ABŞ və Rusiya liderləri arasında ilk üz-üzə görüş üçün cümə günü Alaskada Putin ilə görüşəcək.

Görüşlərə baxmayaraq, Moskva qüvvələrinin son günlərdə Ukraynanın şərqində qəfil hücum başladığı bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenskiy, atəşkəsə yönəlmiş xarici səylərə baxmayaraq, Moskvanın ölkəsinə yeni hücumlar təşkil etmək üçün “qüvvələrini və qüvvətlərini yenidən yerləşdirdiyini” xəbərdarlıq edib.

 





13.08.2025    çap et  çap et