Meteoritin parçaları, Atlanta şəhərinin dərhal cənubunda yerləşən Henri dairəsinə bağlı Makdoni qəsəbəsində bir evin damına düşərək, tavanda golf topu ölçüsündə bir deşik və döşəmədə çuxur yaradıb.
Daşın parçalarını araşdıran Corciya Universitetinin Franklin İncəsənət və Elm Fakültəsinin Geologiya Bölməsinin tədqiqatçısı Skott Harris meteorun 4,56 milyard il əvvəl formalaşdığına iddia edib. Yer planetinin isə 4,543 milyard il yaşında olduğu düşünülür.
Harris universitetin mətbuat açıqlamasında, “Atmosferə daxil olub McDonough-da Yer səthinə çatan bu meteoritin uzun bir tarixi var. Bunu tam anlamaq üçün qayanın tərkibini öyrənməli və hansı asteroid qrupuna aid olduğunu müəyyənləşdirməliyik”, – deyib.
Parçaları optik və elektron mikroskop vasitəsilə analiz edən Harris, meteoritin az metal tərkibli adi kondrit növünə aid olduğunu bildirib: “Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən və artıq təxminən 470 milyon il əvvəl çox daha böyük bir asteroidin parçalanmasına bağlaya bildiyimizi düşündüyümüz bir asteroid qrupuna aiddir”.
Lakin həmin parçalanma zamanı bəzi hissələr Yer ilə kəsişən orbitlərə daxil olur və kifayət qədər uzun zaman keçdikdən sonra Günəş ətrafındakı orbitləri ilə Yer planetinin orbitinin eyni vaxtda, eyni nöqtədə kəsişməsi baş verir.
Meteorun çıxardığı səs və yaratdığı titrəmə yaxın məsafədən eşidilən atəş səsinə bərabər olub. Ev sahibi Harrisa bildirib ki, qonaq otağında hələ də toqquşmadan qalan kosmik toz hissəcikləri var: “Şübhə edirəm ki, üç şeyi eyni anda eşidib: birincisi, damına düşməsi, ikincisi kiçik bir sonik partlayış konisi, üçüncüsü isə eyni anda döşəməyə dəyməsi. Döşəməyə dəydikdə materialın bir hissəsini sözün əsl mənasında toz halına gətirəcək qədər enerji vardı”.
Makdoni adlandırılan meteorit, Corciya tarixində əldə edilən 27-ci meteoritdir.
“Əvvəllər bunun bir neçə onillikdə bir dəfə baş verəcəyi gözlənilirdi, indi isə 20 il ərzində bir neçə dəfə deyil”, – Harris deyib.
Müasir texnologiya və diqqətli ictimaiyyət getdikcə daha çox meteorit əldə etməyimizə imkan verəcək.
Bölgəyə düşən meteoritin digər parçaları Kartersvilldəki Tellus Elm Muzeyində ictimaiyyət üçün nümayiş etdiriləcək.