Vaxt.az xəbər verir ki, gəmidəki 4 sərnişin, 2 heyət üzvü və kapitanın təxliyə edildiyi açıqlanıb.
İspaniya Dəniz Xilasetmə və Təhlükəsizlik Cəmiyyətinin (“Salvamento Marítimo”) açıqlamasına görə yanğın mühərrik otağında başlayaraq sürətlə bütün gəmini bürüyüb. Xilasetmə əməliyyatında “Concepción Arenal” və “Salvamar Naos” gəmiləri iştirak etdi və yeddi nəfəri təhlükəsiz şəkildə quruya çatdırdı
“The Sun” qəzeti bildirdi ki, 91 fut (28 metr) uzunluqda olan yaxta qiyməti təxminən 1,4 milyon funt sterlinq (3.23 milyon manat) olaraq dəyərləndirilirib
Yanğının intensiv alovları və qalın qara tüstü göyü bürüyüb. Yanğınsöndürmə gəmiləri gəmini sudan xilas etmək üçün müdaxilə edib, lakin bu cəhd uğursuz olub.
“Daily Tribune”in verdiyi xəbərə görə, yaxtanın 225 000 avro həcmində həftəlik kirayə dəyəri var olub. Yanğın səbəbi hələ araşdırılır. “Da Vinci” unikal interyer və maksimal 10 nəfər tutumu ilə tanınırdı.