Məlumata görə, tənqidi yanaşan səhmdarların çətir təşkilatı olan “Facing Finance”in bildirdiyinə əsasən, istehsalçı “Thyssenkrupp” şirkətinin idarə heyəti avqustun 8-də keçirilən fövqəladə ümumi yığıncaqda ixrac planını təsdiqləyib.
“Facing Finance” təşkilatından Luka Şive deyib: “İxrac lisenziyası avqust 8-də ictimaiyyətə elan edildi, lakin onun dəqiq olaraq nə vaxt verildiyini bilmirik”.
Əsas səhmdarların toplantısında Şiveyə sualtı qayığın hazırda harada olduğu da soruşulub. Berlində hökumətin mətbuat konfransında bu məsələ ilə bağlı sual veriləndə İqtisadiyyat Nazirliyinin sözçüsü konkret cavab verməyərək, “Bu səbəbdən fərdi hallarla bağlı şərh verə bilmərəm. Ümumiyyətlə, federal hökumət silah ixracını təsdiqi hər bir vəziyyəti, xarici siyasət və təhlükəsizlik siyasəti amillərini diqqətlə nəzərdən keçirərək fərdi qaydada qərarlaşdırır”.
Almaniya İsrailə 135 milyon avro maliyyə dəstəyi verdi
Sualtı qayığın alınması ilə bağlı müqavilə hələ 2012-ci ildə imzalanmışdı. 2023-cü ilin dekabrında silah İxracı üzrə qərar verən Federal Təhlükəsizlik Şurası təhvil üçün “yaşıl işıq” yandırmışdı. Lakin Federal İqtisadiyyat və İxracata Nəzarət Ofisindən (BAFA) tələb olunan əlavə ixrac lisenziyası hələ də gözlənilirdi.
Ötən həftənin əvvəlində “INS Drakon” adlı sualtı qayıq Baltik dənizindəki Rügen adası sahillərində keçirilən dəniz sınaqları zamanı görüntülənib. Bu gəmi İsrailə göndərilən altıncı “Dolphin” sinifli sualtı qayığıdır.
Təxminən 500 milyon avro dəyərində olan bu layihəyə Almaniya 135 milyon avro maliyyə dəstəyi göstərib.