Vaxt.Az

Tramp Putini təhdid etdi


 

“Qəbul etməsə, nəticələri ağır olacaq”

Tramp Putini təhdid etdi Rusiyanın Ukrayna ilə illərdir davam edən münaqişəsində kritik əhəmiyyət kəsb edən Alyaskadakı zirvə öncəsi ABŞ Prezidenti Donald Trampdan diqqət çəkən açıqlama gəlib.

Putin ilə keçirəcəyi zirvə öncəsi danışan Tramp, müharibənin dayandırılmaması halında nəticələrin ağır olacağını bildirib.

Tramp bildirib ki, Rusiya müharibəni dayandırmasa, sərt nəticələrlə üzləşəcək.

ABŞ Prezidenti, Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə müəyyən cavablar almalı olduğunu qeyd edib və lazım olan cavabları almasa, ikinci görüşün olmayacağını vurğulayıb.

Tramp həmçinin bildirib ki, birinci görüş müsbət keçərsə, ikinci görüş keçiriləcək və bu görüş Ukrayna Prezidenti Vladimir Zelenski ilə Putin arasında olacaq.

 





13.08.2025    çap et  çap et