Rutte, AB Şurası Prezidenti Antonio Kosta, AB Komissiyası Prezidenti Ursula von der Leyen, ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenskiy və digər Avropa liderləri ilə Ukrayna mövzusunda onlayn görüşdən sonra “X” sosial media platformasında açıqlama verib.
Rutte bildirib ki, Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında avqustun 15-də keçiriləcək zirvə öncəsi görüş baş tutub: “Bu dəhşətli müharibənin sona çatdırılması, ədalətli və davamlı sülhün təmin olunması üçün birləşmişik”.
Rutte, Trampın liderliyinə və müttəfiqlərlə yaxın koordinasiyasına minnətdarlığını bildirərək, “Top, Putinin sahəsindədir”, – qiymətləndirməsini edib.
Müvafiq liderlər, Almaniyanın dəvəti ilə Rusiyayla diplomatik həll imkanları yarandığı təqdirdə, Ukrayna və Avropanın təhlükəsizlik maraqlarının qorunması və sülhün qoruyuculuğu mövzusunu onlayn görüşdə müzakirə ediblər.