“İstanbul” Birjası Qiymətli Metallar Bazarının məlumatına görə, iyun ayında 9.334 kq idxal olunan qızıl iyul ayında 53,5 faiz azalaraq 4.343 kq-a düşüb. Bu göstərici 2023-cü ilin aprel ayında 2.883 kq səviyyəsindəki idxaldan sonra ən aşağı hədd hesab olunur.
İlin ilk 7 ayında qızıl idxalı isə 72.093 kq səviyyəsinə çatıb.
Eyni dövrdə gümüş idxalında artım müşahidə olunub. İyun ayında 8.335 kq olan gümüş idxalı, iyul ayında 48.660 kq-a yüksəlib. İlin ilk 7 ayında gümüş idxalı isə 302.145 kq səviyyəsinə çatıb.
çap et