Bazar dəyərinə görə dünyanın ən böyük kripto aktiv olan “Bitcoin” bu gün Asiya ticarətinin erkən saatlarında 0,9 faiz artaraq 124.002,49 dollara qədər qalxıb və iyul ayında qeydə alınmış əvvəlki zirvəni aşdı. Gün ərzində bazar dəyərinə görə ikinci sırada olan kripto aktiv “Ether” də 4.780,04 dollara çatdı ki, bu da 2021-ci ilin sonlarından bəri görülən ən yüksək səviyyə oldu.
“IG” bazar analitiki Toni Saykamor, “Bitcoin” rallisinin “FED”in faiz endiriminə gedəcəyinə dair artan əminlik, institusional alımların davam etməsi və Tramp administrasiyasının kripto aktivlərə sərmayə qoymağı asanlaşdıracaq addımları ilə dəstəkləndiyini bildirdi.
Saykamor qeydində, “Texniki baxımdan 125 min dolların üzərində qalıcı bir qırılma, BTC-ni 150 min dollara apara bilər” dedi.