Qulsbi, tarifələrdən qaynaqlanan inflyasiyanın davamlı olub-olmayacağını görmək istədiyini qeyd etdi. Tarifələri havaya toz sovurmağa bənzədən Qulsbi, inflyasiyanın 2 faiz hədəfinə və məşğulluğun maksimum səviyyəyə doğru irəliləyib-irəliləmədiyini anlamağa çalışdığını vurğuladı: “Əgər qiymətlərin qalxdığını və məşğulluğun azaldığını görməyə başlasanız – ki, mənim fikrimcə tarifələr staqflyasiya tipli şokdur – bu, FED-in iki əsas hədəfini eyni anda mənfi təsirə məruz qoyar. Bu, bir mərkəzi bank üçün ola biləcək ən pis vəziyyətdir, çünki nə ediləcəyinə dair aydın cavab yoxdur”.
Atlanta FED sədri Rafael Bostik isə 4,2 faiz səviyyəsindəki işsizlik göstəricisinin tarixi baxımdan hələ də aşağı olduğunu bildirərək risk balansının hələ də inflyasiya tərəfinə meylli olduğunu dedi. Başqa sözlə, inflyasiya FED-in hədəfindən yuxarıdır və tarifələrin təsiri qeyri-müəyyəndir, buna görə də FED-in gözləməsi hələ də məntiqlidir.