Vaxt.Az

Trampın hədəsi nefti bahalaşdırdı


 

Qara qızıl ABŞ və Rusiya prezidentlərinin görüşü ərəfəsində dəyər qazandı

Trampın hədəsi nefti bahalaşdırdı Neft, əvvəlki sessiyada yaşanan satış dalğasından sonra cümə axşamı bir qədər bahalaşıb.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün bazarda risk primlərini artırması da bu toparlanmada rol oynayıb.

“Brent” xam neftinin fyuçersləri 0,45 faiz artaraq bir barel üçün 65,91 ABŞ dollarına yüksəlib. ABŞ xam nefti (WTI) isə 0,37 faiz bahalaşaraq 62,89 dollara çatıb.

Hər iki kontrakt çərşənbə günü, ABŞ hökuməti və “Beynəlxalq Enerji Agentliyi”nin (IEA) təklif tərəfli mənfi proqnozlar açıqlamasından sonra son iki ayın ən aşağı səviyyəsini görmüşdü.

Tramp çərşənbə günü bəyan edib ki, Putin Ukraynada sülhə yanaşmasa, “ağır nəticələr” olacaq. O, nəticələrin nədən ibarət olacağını açıqlamayıb, lakin cümə günü Alyaskada keçiriləcək görüşdən nəticə çıxmaması halında iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini söyləyib.

Azərbaycan brendi “Azeri Light” nefti 73,00 dollar civarında ticarət olunur.

 





14.08.2025    çap et  çap et