Vaxt.Az

FED-lə bağlı proqnoz


 

“Goldman Sachs” bu il 3, 2026-da isə 2 faiz endirimi ola bilər

FED-lə bağlı proqnoz Beynəlxalq reytinq və investisiya bankçılığı şirkəti “Goldman Sachs” dünən yayımladığı tədqiqat qeydinə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il üç dəfə 25 baza bəndi faiz endirimi edəcəyini və 2026-cı ildə iki dəfə daha endirim həyata keçirəcəyini gözlədiklərini açıqlayıb.

Bu halda, faiz dərəcəsi mövcud 4,25–4,50 faiz səviyyəsindən aşağı düşərək 3–3,25 faiz intervalına geriləyəcək.

“Goldman Sachs”ın qeydi, iki gün əvvəl (avqustun 12-də) açıqlanan və iyul ayında ABŞ istehlak qiymətlərində yüngül artım olduğunu göstərən məlumatlara əsaslanır. İyun ayında 0,3 faiz artan istehlak qiymətləri, iyulda yalnız 0,2 faiz yüksəlib və iqtisadçıların gözləntiləri ilə uyğundur.

İstehlak Qiymətləri İndeksindəki yavaşlamanın əsas səbəbi benzinin 2,2 faiz ucuzlaşması olub. Qida qiymətləri isə əvvəlki iki ayda 0,3 faiz artmış olmasına baxmayaraq, iyulda dəyişməyib.

ABŞ faiz fyuçersləri Çərşənbə günü gec saatlarda gələn ay 25 baza bəndi endirimin 93 faiz, hətta 50 baza bəndi endirimin isə 7 faiz ehtimalla baş verəcəyini qiymətləndirdi.

Bazar iştirakçıları, həmçinin, keçən həftə təxminən 60 baza bəndi olan ilin sonuna qədər yumşalma gözləntilərini təxminən 65 baza bəndinə qaldırdı.

 





14.08.2025    çap et  çap et