Vaxt.Az

Alyaska zirvəsi


 

Tramp və Putin arasında barış görüşməsi

Alyaska zirvəsi “The Telegraph”ın xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp, Ukrayna qarşısındakı savaşı sona çatdırması qarşılığında Putinə Alyaskanın təbii resurslarına çıxış imkanı təklif etməyə hazırlaşır.

ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada Rusiya həmkarı Vladimir Putin ilə Ukraynadakı savaşı sona çatdırmaq üçün görüşməyə hazırlaşır.

“The Telegraph”ın məlumatına görə, Tramp, Putinə sülh müqabilində Rusiyaya müxtəlif iqtisadi imtiyazlar təklif etməyə hazırlaşır.

Bu imtiyazlar arasında Alyaskanın təbii resurslarına çıxışın yanı sıra Ukraynanın nadir torpaq minerallarına giriş və Rusiyanın aviasiya sənayesinə yönəlmiş bəzi sanksiyaların aradan qaldırılması da var.

ABŞ Maliyyə Naziri Skott Bessent (Scott Bessent) və digər yüksək səviyyəli idarəetmə rəsmilərinin zirvə öncəsi təkliflərə son formasını vermək üçün Tramp ilə yaxından işlədikləri bildirilir.

Aprel ayında Kiyev və Vaşinqton, ABŞ-ın Ukrayna mədənlərinə çıxışını təmin edən bir razılaşma imzaladı. Kiyev İqtisadiyyat Məktəbinə görə, Ukrayna Avropadakı lityum ehtiyatlarının üçdə birinə və qlobal lityum ehtiyatlarının 3%-inə sahibdir.

Ukraynanın ən böyük lityum yataqlarından ikisi Rusiyanın nəzarətindəki torpaqlarda yerləşir və Putin burada çıxarılacaq qiymətli minerallar üzərində iddia edir.

 

Ukraynalılar şübhə edir

 

Çərşənbə günü Kiyev-dəki ukraynalılar, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Dövlət Prezidenti Vladimir Putin arasında planlaşdırılan zirvənin Ukrayna’dakı savaşı sona çatdıracağına dair şübhələrini ifadə etdilər.

Tramp, Putinin cümə günü Alyaskada keçiriləcək zirvədə Ukraynadakı savaşı dayandırmağı qəbul etməməsi halında “çox ciddi nəticələr” doğuracağı ilə hədələyib, lakin bu nəticələrin nə olacağını bildirməyib.

Ukraynalılar görüşdən hər hansı bir irəliləyiş gözləmirdilər.

Adını yalnız Natalya olaraq verən bir qadın, “Məncə, önümüzdəki günlərdə heç nə dəyişməyəcək”, – deyib.

“Müzakirələrin necə təxirə salındığını, uğursuz olduğunu və başqa dəyişikliklərin baş verdiyini artıq dəfələrlə gördük”.

Rəqəmsal agentlikdə departament müdiri olan 39 yaşlı Aleksandra Kozlova da eyni duyğuları paylaşır.

“İnsanlar artıq ümidlərini itirib. Şəxsən mən bu turun müəyyən edici olacağını düşünmürəm”, – deyib.

Bir çox Moskvalı isə daha ümidlidir.

Bir şəxs, “Bu (Ukrayna ilə münaqişə) bir gün sona çatmalıdır. Buna görə də bir növ uzlaşmanın mütləq tapıla biləcəyini ümid edirəm”, – deyib.

Başqa bir şəxs isə, “İlk addımın atılması çox böyük bir inkişafdır. Mütləq bir üstünlük olacaq”, – deyib.

 

Sülh üçün ziddiyyətli şərtlər

 

Dünən erkən saatlarda Avropa liderləri ilə görüşən Tramp Alyaskada Putin ilə keçirdiyi görüşdə Ukraynada atəşkəsin təmin edilməsinə üstünlük verəcəyinə dair onlara zəmanət verdiyini söyləyib.

Trampın Putin ilə görüşəcəyini açıqlamasından əvvəl Rusiyaya münaqişələri dayandırmaq üçün etdiyi təzyiqlər heç bir irəliləyiş əldə etməmişdi. Rusiya ordusu, əsgər və zirehli avadanlıq xərclərinə baxmayaraq, yavaş-yavaş Ukrayna’nın daxili bölgələrinə doğru irəliləyir. Rusiya və Ukrayna, sülh üçün irəli sürdükləri şərtlərdə bir-birindən çox uzaqdadır.

Moskva, Rusiyanın 2022-də qanunsuz olaraq ilhaq etdiyi dörd bölgədən əsgərlərini çıxarması, səfərbərlik səylərini dayandırması və ya Qərbin silah tədarükünü dondurması kimi Ukrayna Prezidenti Vladimir Zelenski üçün başlanğıc olmayan atəşkəs şərtləri təqdim edib.

Daha geniş sülh üçün Putin, Kiyevin Rusiyanın tam nəzarət etmədiyi halda ilhaq etdiyi bölgələri və Krımı tərk etməsini, NATO-ya qoşulma təklifindən imtina etməsini, silahlı qüvvələrinin ölçüsünü məhdudlaşdırmasını və Ukraynaca ilə yanaşı Ruscayı da rəsmi dil olaraq qəbul etməsini tələb edir.

Zelenski, hər hansı bir sülh müqaviləsinin Ukraynanı gələcəkdə Rusiya təcavüzündən qorumaq üçün möhkəm təhlükəsizlik zəmanətləri əhatə etməsi vacibliyində israr edir.

 





14.08.2025    çap et  çap et