Vaxt.Az

Havada xaos


 

Sərxoş sərnişin qandaldan xilas oldu, təyyarə təcili eniş etdi

Havada xaos ABŞ-ın Virciniya ştatından qalxan “Breeze Airways” aviaşirkətinin 704 nömrəli reysi, bir sərnişinin ekipaj heyəti və digər sərnişinlərlə mübahisəyə girərək iki dəfə qandallardan qurtulması səbəbindən Koloradodakı hava limanına yönləndirildi.

“ABC News”un məlumatına görə, Qrand Cankşn şəhər polis idarəsi açıqlamasında, yerli vaxtla saat 11:15 radələrində “sərxoş kişi sərnişinin həyəcanlanaraq, skeytbord yelləyib aviaşirkət əməkdaşına irqi təhqirlər yağdırdığı” barədə məlumat aldıqdan sonra hava limanına müraciət etdiyini bildirdi.

Aviaşirkət əməkdaşları həmin şəxsi iki dəfə qandalladılar, lakin sərnişin hər iki halda da qandallardan xilas olmağı bacardı.

Aviaşirkət, heyətin hesabatına istinad edərək, bir sərnişin və bir stüardessanın yüngül xəsarət aldığı fiziki qarşıdurma yaşandığını bildirdi.

Lakin polis, sərnişinlərə və ya uçuş heyətinə hücum edildiyi və ya xəsarət yetirildiyi barədə hər hansı rəsmi məlumatın daxil olmadığını qeyd etdi.

Təyyarə Koloradoda endikdən sonra sərnişin, Federal Təhqiqatlar Bürosunun (FBI) göstərişi ilə Qrand Cankşn polisi tərəfindən saxlanıldı.

Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, aviaşirkətlər 2025-ci ildə indiyədək minlərlə problemli sərnişin hadisəsi barədə məlumat verib.

 





14.08.2025    çap et  çap et