ATƏT Katibliyi bu məsləhətləşmələrin nəticəsində qəbul olunacaq qərarları həyata keçirməyə hazırdır. Avqustun 11-də təşkilat Bakı və İrəvandan Minsk qrupunun və digər əlaqədar institutların bağlanmasını təklif edən birgə müraciət alıb.
ATƏT 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaları alqışlayır və ABŞ-ın prosesdəki rolunu qeyd edərək, Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səylərə sadiqliyini ifadə edir.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılıb. 2020-ci il müharibəsindən sonra Azərbaycan münaqişənin başa çatdığını bəyan edərək, Ermənistanla birlikdə qrupun ləğvi barədə birgə müraciət irəli sürüb ki, bu da sülh sazişinin imzalanması üçün şərt olub.
Qrupa ABŞ, Rusiya və Fransadan əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya, İsveç, Azərbaycan və Ermənistan daxildir.