“Əgər hər iki ölkə (Rusiya və ABŞ – red.) müəyyən yaxınlaşmaya gəlsə, amerikalıların Hindistanın neft alışı ilə bağlı ritorikası, bəlkə də, yumşalar və bu, bizim onlarla dialoq aparmağımız üçün imkan pəncərəsi aça bilər. Ola bilsin, onlar tariflərini də azaldarlar”, – deyə agentliyin həmsöhbəti bildirib.
O vurğulayıb ki, Hindistan Putin və Trampın görüşünü və onun nəticələrini diqqətlə izləyəcək. “Əgər iki lider danışıqlar aparırsa, bu, bütün dünya üçün daha yaxşıdır. Biz həmişə demişik ki, indi müharibə vaxtı deyil, diplomatiya vaxtıdır. Ona görə də əgər hansısa dialoq sülhə və sabitliyə aparırsa, bu, bütün dünya, region və ümumi sakitlik üçün müsbət haldır”, – deyə mənbə əlavə edib.
“Biz Alyaskada baş verəcəkləri və bu görüşün nəticələrini diqqətlə izləyəcəyik”, – deyə o yekunlaşdırıb.