Hollandiyanın şimalındakı Frisland bölgəsində 34 nəfərin yerləşdiyi hava şarının düşməsi səbəbindən 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bölgə rəsmiləri açıqlamasında bildirib: "Hava şarı sürətlə enib və yerə sərt şəkildə çırpılıb".
Hadisə ilə bağlı araşdırma başladılıb.
Hollandiya rəsmi isə yerli mətbuata açıqlamasında bildirib ki, ani külək əsintisi şarın yerə sərt şəkildə çırpılmasına səbəb olub və bu zərbə səbətlərin sıçramasına və beş nəfərin düşməsinə yol açıb.
çap et