Vaxt.Az

Müsəlman aktrisanın zorlanmaq arzusu


 

«Sizi seçdiyimiz üçün çox xoşbəxtik»

Müsəlman aktrisanın zorlanmaq arzusu Misirli aktrisanın Təhrir meydanında zorlanan qadınla bağlı paylaşdığı status ölkədə narazılıqla qarşılanıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, misirli aktrisa Qada Abdel Razek ötən həftə Misirin prezidenti Əbdülfəttah əs-Sisinin Təhrir meydanında cinsi təcavüzə məruz qalan qadını ziyarət etdiyi zaman çəkilən şəkli paylaşıb və özünün də zorlanmasını arzuladığını deyib:


«Dünən çəkiliş meydançasında ikən Sisinin xəstəxanada ziyarət etdiyi qadınla fotoşəkilini gördüm. Nə qədər şanslıdır, elə deyilmi? Bizə də kimsə təcavüz edə bilməz?»

«Siz çox hörmət edilən bir prezidentsiniz və sizi seçdiyimiz üçün çox xoşbəxtik» - deyə, aktrisa həmçinin prezidentə öz sevgisini çatdırıb.

Mesajın yayılması ilə ölkədə yüzlərlə adam aktrisaya sərt reaksiya göstərib. Qadanın pərəstişkarları isə onun zarafatla belə dediyini bildiriblər.

 





15.06.2014    çap et  çap et