Vaxt.Az

Merzin 5 maddəli həll planı


 

Ukrayna bütün görüşlərdə masada olmalıdır

Merzin 5 maddəli həll planı Tramp və Putin görüşü öncəsi Berlində Zelenski ilə bir araya gələn Almaniya Kansleri Merz Ukraynanın masada olması, atəşkəs elan edilməsi və təhlükəsizlik zəmanətləri kimi şərtləri əhatə edən beş maddəli planı açıqladı.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammitdən əvvəl, dünən Almaniya Kansleri Fridrix Merz və Ukrayna Prezidenti Vladimir Zelenski Berlində görüşdü.

Hər iki lider Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi çağırışı etdilər. Merz, “Bu gün Avropalılar olaraq ABŞ Prezidenti Trampa verdiyimiz mesaj bu idi”, – deyib.

Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışan Merz, Avropa və Ukraynanın əsas təhlükəsizlik maraqlarının qorunmasının vacib olduğunu qeyd edərək, Avropa liderlərinin Ukrayna ilə bağlı beş maddəli həll planı üzərində razılaşdıqlarını bildirdi.

 

Təklif paketində nələr var?

 

Təklif paketində aşağıdakı maddələr yer alır: Ukrayna bundan sonra bütün görüşlərdə masada olmalıdır. Danışıqlarda aydın bir sıra izlənməli və ilk addım mütləq atəşkəs olmalıdır.

Ukrayna ərazi məsələlərində danışıqlara hazırdır, lakin başlanğıc nöqtəsi “mövcud cəbhə xətti” olmalıdır və Rusiya işğalları hüquqi olaraq tanınmamalıdır. Bundan əlavə, sərhədlərin zorla dəyişdirilə bilməyəcəyi prinsipi qorunmalıdır.

Görüşlər Kiyev üçün möhkəm təhlükəsizlik zəmanətləri əhatə etməlidir. Ukraynaya uzunmüddətli Qərb hərbi dəstəyi vəd edilməlidir.

 

Zelenskinin gözləntisi atəşkəsdir

 

Zelenski isə Alyaska sammitindən daimi atəşkəs və möhkəm təhlükəsizlik zəmanətləri gözlədiyini bildirərək dedi: “Rusiya Avropa və NATO perspektivimizə veto hüququna sahib ola bilməz”.

Hər iki lider irəliləyiş olmazsa, ABŞ və Avropanın Moskva üzərində təzyiqi artırmalı olduğunu vurğuladı.

NATO Baş Katibi Mark Rutte görüşü “son dərəcə konstruktiv” olaraq xarakterizə edərək, topun artıq Rusiyada olduğunu söylədi.

Zelenski Alyaska sammiti öncəsi Avropa liderləri ilə görüşmək və Tramp ilə video-konfrans keçirmək üçün Berlinə gəlmişdi.

 





14.08.2025    çap et  çap et