Vaxt.Az

AB-də karbon qazı artımı


 

Tullantılar ilk rübdə rekord səviyyəyə çatdı

AB-də karbon qazı artımı Avropa Birliyinin (AB) karbon qazı tullantıları 2025-in ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.

Avropa Statistika İdarəsinin (Eurostat) yayımladığı hesabatda bildirilir ki, AB iqtisadiyyatının karbon qazı tullantıları 2025-in ilk rübündə 900 milyon ton karbon tullantısına bərabər olub və keçən ilin ilk rübü ilə müqayisədə 3,4 faiz artıb. Bu, 2021-in son rübündən bəri müşahidə olunan ən yüksək artım nisbətidir.

İllik tullantı artımında payı ən böyük olan iki sektor; elektrik, qaz, buxar və ventilyasiya sistemləri sektorunda 13,6 faiz, ev təsərrüfatları sektorunda isə 5,6 faiz olub. Digər üç sektor isə bu dövrdə karbon qazı tullantılarını azaldıb. Bu sektorlar sənaye istehsalı (0,2 faiz), nəqliyyat və anbarçılıq (2,9 faiz) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (1,4 faiz) olub.

 

Karbon qazı tullantıları 7 AB ölkəsində azalıb

 

İlin ilk rübündə 20 AB ölkəsində karbon qazı tullantıları artıb, 7 AB ölkəsində isə azalıb.

İllik bazada tullantıları ən çox azalan ölkələr Malta (6,2 faiz), Finlandiya (4,4 faiz) və Danimarka (4,3 faiz) olub.

6 AB ölkəsində isə karbon qazı tullantıları 5 faizdən çox artıb. Bu ölkələr; Bolqarıstan, Çexiya, Kipr, Polşa, Macarıstan və Yunanıstan olub.

 





14.08.2025    çap et  çap et