Bazarın havasını, dünyanın ən böyük xam neft idxalçılarından biri olan Yaponiyadan gələn güclü iqtisadi göstəricilər də dəstəklədi.
“Brent” xam neftinin fyuçers əməliyyatları 0,2 faiz artaraq 67,00 dollara yüksəldi. ABŞ xam nefti (“WTI”) isə 0,2 faiz artımla 64,10 dollara çatdı.
Bütün gözlər, bu gün Alyaskada keçiriləcək Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüşdədir. Ukrayna müharibəsində atəşkəs mövzusu gündəmin ən üst sıralarında yer alır. Rusiya ilə Ukrayna arasındakı qarşıdurmaların davam etməsi, Rusiyanın neft təchizatını məhdudlaşdırdığı üçün neft bazarlarını dəstəkləyir.
Azərbaycan brendi “Azeri Light” nefti 73,00 dolların üzərində ticarət olunur.