Vaxt.Az

«Analizin cavabını gözləyirəm»


 

«Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir»

«Analizin cavabını gözləyirəm» Bir neçə gün əvvəl Milli Onkologiya xəstəxanasına yerləşdirilən Musiqili Teatrın aktrisası Xanım Qafarova analizin cavabını gözləyir. Lent.az-a açıqlama verən əməkdar artist bildirib ki, müayinəsinin cavabı yaxşı çıxsa, böyük ehtimalla iyunun 17-i kimya terapiya olunacaq: «Hazrda özümü normal hiss edirəm. Arada ağrılarım başlayır. Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir. Allah bunu heç kimə göstərməsin».


Aktrisa deyib ki, müalicəni davam etdirməkdən başqa yolu yoxdur: «Müalicəm davam edir. Həkimlər sistem köçürüblər. Qan da köçüblər, qalıb əsas kimyaterapiya olunmağım. Artıq bunla neçənci dəfədir ki, kimyaterapiya olunuram. Allah özü kömək olsun... Mənə görə narahat olan insanlar var. Telefonuma çox zənglər gəlir. Adi insanlar zəng edib, mənə dua edirlər. Hər birinə çox sağol deyirəm».

Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. Aktrisa bildirib ki, həmin əməliyyatlardan sonra süd vəzilərindən və qadınlığından məhrum olub.

 





15.06.2014    çap et  çap et