Vaxt.Az

“Uşaqları aldadırlar”


 

“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur

“Uşaqları aldadırlar” Texas Baş prokurorluğu “META” və “Character.AI” haqqında potensial dələduzluğu kommersiya praktikalarına girişmək ittihamı ilə araşdırma başladıb.

Baş prokuror Ken Paxton (Ken Paxton) deyib ki, “Bugünkü rəqəmsal dövrdə, texaslı uşaqları aldadıcı və istismara yönəlmiş texnologiyalardan qorumaq lazımdır. Süni intellekt platformaları özlərini emosional dəstək mənbəyi kimi təqdim edərək həssas istifadəçiləri, xüsusilə uşaqları yanlış yönləndirir”.

“Reallıqda isə bu platformalar toplanan şəxsi məlumatlara uyğun hazırlanıb və terapevtik tövsiyələr maskası altında, təkrar emal edilmiş ümumi cavablarla qidalanır”.

Teksas Başprokurorluğu iddia edir ki, “META” və “Character.AI”, uyğun tibbi ixtisas və nəzarət olmadan, peşəkar terapevtik alətlər kimi görünən süni intellekt şəxsiyyətləri yaradıb.

 





19.08.2025    çap et  çap et