Vaxt.Az

Qızıl “Jackson Hole”u gözləyir


 

FED sədrinin açıqlamaları qiymətlərə təsir edə bilər

Qızıl “Jackson Hole”u gözləyir Qızıl qiymətləri, bazarlar faiz endirimləri ilə bağlı potensial göstərişlər üçün FED-in “Jackson Hole” simpoziumunu gözləyərkən, Ukraynada sülhün təmin olunması istiqamətindəki inkişaflar da yaxından izlənilir.

Qızıl 0,1 faiz artaraq 3.335,436 dollardan ticarət olunur.

Analitiklər bildirirlər ki, qızıl FED Prezidenti Cerom Pauell (Jerome Powell) 21-23 avqust tarixlərində “Jackson Hole”da verəcəyi açıqlamalardan bir katalizator gözləyir.

Bu gün üçün müqavimət səviyyəsi 3.355 dollar göstərilir. Dəstək isə 3.322 və 3.301 dollardır. İlk müqavimət səviyyəsinin keçilməsi halında 3.375 dollar hədəf ola bilər.

“Capital.com”dan Kayl Rodda (Kyle Rodda) “Qızıl hələ konsolidasiyadadır və yüksəlmək üçün əslində yeni bir katalizator gözləyir”, – deyib

O, bu həftənin ən vacib hadisəsi kimi simpoziumu işarə edib.

CME-nin “FedWatch” alətinə görə, FED-in növbəti iclasında 25 baz bəndlik faiz endiriminin bazar ehtimalı 84% səviyyəsindədir. Aşağı faiz dərəcələri adətən gəlirsiz qızılı gücləndirir.

Qızıl həmçinin, Prezident Donald Tramp Zelenski və Putin ilə ayrı-ayrı görüşlər keçirdikdən sonra ABŞ-ın sülh danışıqlarında Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək edəcəyini bildirməsi ilə geosiyasi qeyri-müəyyənlikdən də dəstək alıb.

Beynəlxalq bank və investisiya şirkəti “Union Bank of Switzerland” (UBS) qızıl proqnozunu 2026-cı ilin mart ayı üçün 3.600 dollara yüksəltdi. Digər bazarlarda gümüş 0,2% düşərkən, platin 0,4% yüksəldi və paladyum 0,9% azaldı.

 





19.08.2025    çap et  çap et