Vaxt.Az

“Müharibəni bitirməliyik”


 

Tramp Zelenskini Ağ Evin qarşılayıb

“Müharibəni bitirməliyik” ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə Ağ Evdə görüşərkən “Bu savaşı bitirməliyik və Rusiyanı durdurmalıyıq” dedi. Zelenski isə “Sülhə ehtiyacımız var, atəşkəsə hazırıq” mesajını verdi.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ağ Evdə bir araya gəldi. Görüşdə Rusiya-Ukrayna Savaşı və təhlükəsizlik zəmanətləri müzakirə edildi.

Tramp çıxışında, “Bu müharibəni bitirməliyik, Rusiyanı durdurmalıyıq”, – deyib

O, Avropanın Ukrayna üçün ilk müdafiə xətti olacağını qeyd edərək, “Biz də buna qatılacağıq. Bu görüş yolun sonu deyil, amma sülhə çatmaq ehtimalı yüksəkdir”, – deyə bildirib.

Zelenski Trampın müharibəni dayandırmaq və diplomatik həll tapmaq fikrini dəstəklədiklərini bildirib: “Sülhə ehtiyacımız var. Ukrayna həqiqi atəşkəsə və yeni təhlükəsizlik memarlığı qurmağa hazırdır”.

Əvvəl Avropalı liderlərlə görüşən Zelenski Rusiya Prezidenti Vladimir Putin hücumdan öz istəyilə vaz keçməyəcəyini bildirərək, “ABŞ, Avropa və beynəlxalq qaydalara hörmət edən hər kəsin birgə təzyiqinə ehtiyac var”, – deyib.

Ukrayna prezidenti Ağ Evdə görüşdən əvvəl çıxışında ABŞ-ın güclü siqnal verməsinin və təhlükəsizlik zəmanətlərinə hazır olmasının “çox vacib” olduğunu vurğulayıb.

Zelenski keçmiş ABŞ Prezidenti Donald Tramp ilə ikitərəfli görüşünü “çox yaxşı və konstruktiv” adlandırıb. Görüşdə “çox həssas mövzular” müzakirə olunub. O, Rusiya ilə davam edən savaşın sona çatması üçün təhlükəsizlik zəmanətlərinin və “tam əsir dəyişiminin” də şərt olduğunu bildirib.

 

“Böyük həmrəylik” vurğusu

 

Zelenski Tramp ilə yanaşı Avropa Birliyi (AB) liderlərinin də iştirakı ilə keçirilən görüşü “böyük həmrəylik” adlandırıb. Toplantıya qatılmaqdan məmnun olduğunu qeyd edən Zelenski, “Ümid edirəm qərarlar alacağıq və sonra regional və digər həssas mövzuları üçtərəfli görüşdə Trump və Putin ilə lider səviyyəsində müzakirə edəcəyik”, – deyib.

Torpaq güzəştləri mövzusuna da toxunan Zelenski, bu məsələnin Rusiya Prezidenti Vladimir Putin ilə mümkün görüşdə həll oluna biləcəyini dedi.

***

Görüşdə diqqət çəkən başqa bir detal, Tramp və Zelenskinin oturduğu masanın qarşısında yerləşən böyük Ukrayna xəritəsi olub. Xəritədə çəhrayı ilə işarələnən bölgələr Rus qüvvələrinin nəzarətində olan Ukraynanın şərq hissələri göstərilib. Xəritə üçün təşəkkür edən Zelenski, “Prezidentə döyüş sahəsinin xəritədə bir çox detalını göstərdim. Möhtəşəm bir iş idi”, – deyib.

 

Avropalı liderlər Ağ Evdə Rusiya-Ukrayna sülh prosesini müzakirə etdi

 

Donald Tramp Avropa liderlərini Ağ Evdə qəbul edərək Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması və təhlükəsizlik zəmanətlərini müzakirə edib. Toplantıya qatılan liderlər sülh prosesinə dair açıqlamalar verdi.

NATO Baş Katibi Mark Rutte dedi: “Oyun düzgün oynansa, bu savaşı sona çatdıra bilərik. Bitirməliyik.”

O, ABŞ-ın təhlükəsizlik zəmanətlərinə qatılmasının prosesi dəyişəcəyini vurğuladı.

AB Komissiyası Prezidenti Ursula von der Leyen, “Təhlükəsizlik zəmanətləri üzərində işlədiyimizi eşitmək çox xoşdur. NATO-nun beşinci maddəsi kimi zəmanətlər çox önəmlidir”, – deyib.

Almaniya Baş Naziri Fridrix Merz, “Növbəti görüşün atəşkəs olmadan keçəcəyini təsəvvür edə bilmirəm. Ona görə də bunun üzərində işləyək”, – deyib.

Böyük Britaniya Baş Naziri Keir Starmer, “Üçtərəfli görüş Ukraynanın təhlükəsizlik zəmanətlərinə və daha çətin məsələlərin həllinə töhfə verəcək”, – deyib.

Fransa Prezidenti Emmanuel Makron, “Üçtərəfli görüş təşkil etmək üçün atəşkəs və ölümlərin dayanması şərtdir”, – deyə bildirib.

 





19.08.2025    çap et  çap et