Vaxt.Az

Senatdan prezidentə mesaj


 

Tramp Zelenskini hər hansı güzəştə məcbur etməyib

Senatdan prezidentə mesaj Zelenski və Avropa liderlərinin Trampla görüşü gözləniləndən yaxşı keçib.

Tramp Zelenskini hər hansı güzəştə məcbur etməyib və qərarı onun öz öhdəsinə buraxıb. Ayın sonuna qədər Zelenski və Putin arasında əvvəlcə ikitərəfli, sonra Trampın iştirakı ilə üçtərəfli görüş təşkil olunmalıdır. Lakin Rusiya tərəfinin açıqlamasında ilk mərhələdə nümayəndə heyətlərinin görüşündən söhbət gedir. Moskva nümayəndə heyətinə Medinskinin yerinə daha ciddi fiqur təyin edəcəyini söyləyib.

Zelenski xəritə üzərində Trampa cəbhədəki real vəziyyət barədə məlumat verib. O, rus ordusunun sürətlə irəlilədiyi barədə Rusiyanın yaratmaq istədiyi təsəvvürün uydurma olduğunu, son 3 ildə 1%-dən daha az ərazi itirdiklərini, Ukraynanın təslimçi şərtləri qəbul etməsi üçün bir səbəb olmadığını nəzərə çatdırıb. Bununla belə, güzəştlərə hazır olduqlarını da əlavə edib.

Tramp Ukrayna üçün təhlükəsizlik təminatlarında ABŞ-ın da iştirak edəcəyini deyib, bu zəmanətlərin konkret nədən ibarət olacağı 10 gün ərzində müəyyənləşəcək. Senatdan isə Trampa mesaj göndərilib ki, Putin ədalətli sülhə razı olmasa, Rusiya iqtisadiyyatının məhvinə yönəlmiş sanksiya qanununu qəbul etməyə hazırdırlar.

 





19.08.2025    çap et  çap et