Şimal-şərqdə, Rzavi Xorasan vilayətində Torok barajında su səviyyəsi 6%, Dosti Barajında isə 5% olaraq ölçülüb.
Şimaldakı Gülüstan vilayətindəki Vuşmgir barajında su səviyyəsi 0%, Mazandaran vilayətindəki Lar barajında 5%, Gilandəki Sefidrud barajında isə 4 %-dür.
İranda cənub bölgəsində, Hürmüzgan vilayətində Şemiyl barajında su 0%, İstiqlal barajında 3%, Fars vilayətində Rudbal barajında isə 0% ölçülüb.
Kirman vilayətində Nesa Barajı 8%, Tenguiye 7%,
Mərkəzi vilayətdə Ponzdeh Hurdad barajı 8%, Save 7% səviyyəsindədir.
Su ehtiyatları getdikcə azalır
İran Prezidenti Məsud Pezeşkiyan 31 iyul tarixində verdiyi açıqlamada ölkədə su ehtiyatlarının azaldığını və quraqlığa doğru getdiyini xəbərdarlıq etmişdi: “Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir. Bütün məlumatlar göstərir ki, su ehtiyatları azalmaqdadır, enişdədir və quraqlığa doğru irəliləyirik”.