Vaxt.Az

Kreml SOCAR-ı hədəf alıb


 

Moskva Bakı-Kiyev əməkdaşlığından narahatdır

Kreml SOCAR-ı hədəf alıb Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik trasformatorları göndərildi.

Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kremlin rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər.

Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə gərginlik daha da artır. Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil.

 





19.08.2025    çap et  çap et