“Ruslar Alyaskaya enəndə onlara təyyarəni yenidən yanacaqla doldurmaq lazım idi. Onlar təyyarələrinə yanacaq doldurulması üçün ödənişi nağd şəkildə təklif etməli oldular, çünki bizim bank sistemimizdən istifadə edə bilmirlər”, – deyə siyasətçi bildirib.
Almaniyanın “Bild” nəşri isə yazır ki, Vladimir Putinin prezident təyyarəsindən əlavə, Ankoricdə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Elmendorf-Riçardson aviabazasına daha bir neçə təyyarə enib. Onlar Alyaskaya rusiyalı jurnalistləri, həmçinin Putinin və onun nümayəndə heyətinin avtomobillərini gətiriblər. Bildin hesablamalarına görə, yalnız prezident təyyarəsinin (yanacaq çənlərinin tutumu 152 620 litrdir) tam doldurulması üçün Rusiya nümayəndə heyətinin 85 min ABŞ dolları (72 611 avro) məbləğində nağd ödəniş etməsi lazım gələrdi.