Rusiyanın Ukraynanı işğalına son qoyacaq sülh danışıqlarının daha uzun sürəcəyi ehtimalı güclənir. Bu isə, Rusiya xam neftinə tətbiq edilən sanksiyaların qüvvədə qalmasına və alıcılarına əlavə məhdudiyyətlərin gətirilməsi ehtimalının artmasına səbəb olur.
“Brent” xam nefti fyuçersləri 0,21% artaraq bareli 65,93 dollardan ticarət edilib. Bu gün başa çatacaq sentyabr ayı üzrə ABŞ xam nefti (“WTI”) kontraktı isə 37 sent bahalaşaraq bareli 62,72 dollara yüksəldi.
Qiymətlər dünən Rusiyayla müharibəni sona çatdıracaq razılaşmaya dair nikbinliyin artması nəticəsində 1%-dən çox düşmüşdü. Belə bir razılaşma, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və qlobal təklifin artması demək olardı.
Lakin ABŞ Prezidenti Donal Tramp dünən verdiyi açıqlamada, Rusiyanın müharibəni dayandırmağa yönəlmiş razılaşmanın bir hissəsi olaraq ABŞ-ın hava dəstəyi verə biləcəyini bildirsə də, Rusiya Prezidenti Vladimir Putinin əslində belə bir razılaşma istəməyə biləcəyini də etiraf etdi.
Tramp iki gün əvvəl etdiyi açıqlamada, Rusiya Prezidenti Vladimir Putin ilə Zelenski arasında görüş təşkil etdiyini və ardınca üç liderin iştirakı ilə üçtərəfli zirvənin keçiriləcəyini söyləmişdi.