Tramp, Zelenski və Rusiya Prezidenti Vladimir Putinin öz işlərini yaxşı gördüyünü bildirib. O, Zelenskinin müharibənin sona çatması üçün bir az elastiklik göstərməli olduğunu vurğulayıb.
“Qarşıdakı həftələrdə Putini anlayacağıq”, – deyən Tramp qeyd edib ki, “Putinin anlaşma istəməməsi mümkündür.”
ABŞ qoşunlarının Ukraynada xidmət etməsi barədə suala cavabında Tramp: “Sizə təminat verirəm” – deyə bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Fransa, Almaniya və Böyük Britaniya Ukraynanın təhlükəsizlik zəmanəti çərçivəsində əraziyə qoşun göndərmək istəyir. O, həmçinin Kiyevin NATO-ya üzv olmayacağını vurğulayıb.
Tramp sözlərinə belə davam edib: “Bir növ təhlükəsizlik olacaq, NATO ola bilməz. Mən həmişə Ukraynanı Rusiya və Avropa arasında bir bufer (tampon) hesab etmişəm”.
Avropa liderlərinin qarşısında Putinlə danışmadığını deyən Tramp əlavə edib: “Putinlə isti münasibətlər qurmaq yaxşıdır. Mən zaman itirmək istəmirəm, sadəcə müharibəni sona çatdırmaq istəyirəm”.