Vaxt.Az

“Jackson Hole” öncəsi son çıxışlar


 

Qlobal bazarlarda texnologiya səhmlərində satış dalğası

“Jackson Hole” öncəsi son çıxışlar Qlobal səhmlər bazarlarındakı ralli, texnologiya səhmləri ağırlıqlı satış dalğası nəticəsində dayanıb. “Nasdaq 100” səhmləri 0,5% düşüşlə aprel ayındakı tarif şokundan bu yana ən pis ikinci ticarət gününü keçirdi. “S&P 500” 0,3% itki yaşadı, Avropa səhmləri isə %0,7 aşağıda qaldı.

“MSCI Asiya Pasifik” indeksi də iki həftədən artıq bir müddət ərzində ən böyük itkisini yaşadı. Asiyada da itkilərə “TSMC” və “SoftBank” kimi texnologiya səhmləri öncülük etdi. Sidney mərkəzli “VanEck”in strateqi Anna Vu, “Qiymətləndirmələr tarixi yüksək səviyyələrə çıxarkən, treyderlər və hedge fondları geri çəkilmə meyli göstərir. Bugünkü düşüş, ‘Jackson Hole’ öncəsi ehtiyat və mənfəət realizasiyasını əks etdirir”, – deyib.

Dollar inkişaf etmiş ölkə valyutalarına qarşı qazancını üçüncü günə daşıdı, “Bloomberg Dolar Endeksi” 0,1% yüksələrək 1.208 səviyyəsinə çatdı. ABŞ 10 illik istiqraz gəliri Asiya ticarətində 4,31% səviyyəsində sabit qaldı. “Brent” nefti 0,3% yüksələrək çərşənbə günü 1,2% itkisinin bir hissəsini kompensasiya etdi və 65,98 dollardan alıcı tapdı.

Bu gün, FED-in 29-30 iyul tarixli faiz qərarlarını sabit saxladığı toplantının protokolları Bakı vaxtilə 20:00-də yayımlanacaq.

Bundan əlavə, Avropa Mərkəzi Bankı Prezidenti Khristin Laqard FED rəsmisi və Kristofer Uoller, Atlanta FED sədri Rafael Bostik çıxış edərək “Jackson Hole” simpoziumu öncəsi son mesajlarını verəcək.

 





20.08.2025    çap et  çap et