Vaxt.Az

Bir ildə 45 700 ölüm


 

Antibiotiklərə davamlı infeksiyalar on minlərlə can aldı

Bir ildə 45 700 ölüm Almaniyada antibiotiklərə davamlı bakteriyalar səbəbindən 2019-cu ildə təxminən 9.600 nəfər həyatını itirib. Berlində yerləşən “Robert Koch” İnstitutu (RKI) açıqlayıb ki, bu şəxslərdəki infeksiyalar eyni bakteriya ilə, lakin davamlı olmayan formada baş versəydi, xəstələrin əksəriyyətinin sağ qalacağı ehtimal olunurdu.

RKI-nin hesabatına görə, 2019-cu ildə ümumilikdə 45.700 ölüm antibiotiklərə davamlı infeksiyalarla bağlı olub. Lakin bu daha böyük qrupun, infeksiya davamlı olmasa da əksəriyyətinin həyatdan getməsi ehtimal edilirdi. Yəni burada əsas ölüm səbəbi antibiotik davamlılığı deyil, infeksiyanın özü hesab olunur.

Ölümcül halların çoxu qan dövranı, tənəffüs yolları və qarın bölgəsində baş verən infeksiyalardan qaynaqlanıb. Antibiotiklərə davamlı beş bakteriya növü ölümlərin böyük hissəsinə səbəb olub. Bunların arasında ən tanınmışı bağırsaqlarda yayılmış “Escherichia coli” (E. coli) bakteriyasıdır.

RKI, bu proqnozları ABŞ-dakı Vaşinqton Universitetinə bağlı “Institute for Health Metrics and valuation” (IHME) ilə birgə hazırlayıb. Açıqlamaya görə, əldə olunan məlumatlar Almaniyada antibiotik davamlılığına bağlı xəstəlik yükünü göstərən, koronavirus pandemiyasından əvvəl hazırlanmış ən geniş proqnozları əks etdirir.

 





20.08.2025    çap et  çap et