Vaxt.Az

Avropanı sel aparır


 

Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub

Avropanı sel aparır Avropadakı sel fəlakətin nəticəsində 4-ü Çexiya, 2-si Avstriya və 2-si Almaniyanın cənubunda olmaqla 8 nəfər itkin düşüb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər verir. Avstriyada daşqın səbəbindən yüzlərlə sakin təxliyyə olunub, minlərlə şəxs təbiət hadisəsinin fəsadlarının aradan qaldırılmasında iştirak edir.Almaniya hakimiyyəti 10 şəhərdə və Bavariya əyalətində daşqınla əlaqədar həyəcan təbili çalır.
Daşqınlar Avropanın mərkəzində dəmiryol və avtomobil nəqliyyatının işini də çətinləşdirib.
Trebeniçe şəhərində bir qadın və bir kişi evin uçması nəticəsində həlak olub. Hökumətin məlumatına görə, onlar hələ ki, su basması nəticəsində dünyasını dəyişən yeganə şəxslərdir.
İtkin düşənlər isə su idmanı ilə məşğul olan idmançılardır.
Sonuncu məlumatlara görə, Praqada təbii fəlakət ucbatından uşaq bağçaları və məktəblər bağlanıb.
Hökumət ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Ölkənin 50 şəhərində üçüncü dərəcəli təhlükə elan olunub.
Ölkənin mərkəzi hissələrində yağışlar kəsmir və çaylardakı suyun səviyyəsi durmadan artır.
 





03.06.2013    çap et  çap et